SABİQ PREZİDENT HƏBSXANAYA BELƏ YOLA SALINDI

O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib...

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.

Xural.org-un məlumatına görə, “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 70 yaşlı siyasətçinin tərəfdarları ona dəstək olmaq üçün evinin qarşısına toplaşıb.

Tərəfdarlarını salamlayan Sarkozi daha sonradan avtomobilə əyləşərək Parisin cənubunda cəzasını ciddi rejimli kamerada çəkəcəyi həbsxanaya yollanıb. Onu proses boyu həyat yoldaşı Karla Bruni müşayiət edib.

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button