TRAMP “GÖZƏLSƏN” DEDİ, MELONİ GÜLÜMSƏDİ

"ABŞ-də bir qadına gözəl deyirsənsə, bu, sənin siyasi karyeranın sonu ola bilər"

Misirdə keçirilən Qəzza sammitində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir çox dünya lideri iştirak edib.

Xural.org xarici KİV-ə istinadən xəbər verir ki,  Qəzza zirvəsində çıxış edən ABŞ prezidenti Tramp arxasında dayanan İtaliyanın baş naziri Giorgia Meloniyə təriflər yağdırıb.

Tramp Meloninin gözəl olduğunu ifadə edərək:

“ABŞ-də bir qadına gözəl deyirsənsə, bu, sənin siyasi karyeranın sonu olacaq. Amma risk edəcəyəm. Gözəl olduğunu deməyimə qarşı deyilsən, elə deyilmi? Çünki gözəlsən”, – deyib.

Xanım siyasətçi isə Amerika liderinin bu tərifinə gülümsəyərək reaksiya verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button