
ƏMİNƏ YUSİFQIZININ SON FOTOSU
Bu haqda tanınmış rəssam Siyavuş Əlizadə sosial şəbəkədə paylaşım edib

Oktyabrın 9-da vəfat edən Xalq artisti Əminə Yusifqızının ömrünün son günlərində çəkdirdiyi foto paylaşılıb.
Xural.org Bakupost.az -a istinadən xəbər verir ki, bu barədə tanınmış rəssam Siyavuş Əlizadə sosial şəbəkədə paylaşım edib.
“Deyəsən, mənimlə olan şəkli onun son şəkli oldu… Vəsiyyətinə əsasən də ölümündən sonra paylaşdım…
Son zamanlar heç kimi qəbul etmirdi. Amma mənə dedi ki, gəl. Sən elə bir iş görürsən ki, bu fotomuz da muzeyə qoyulası olacaq.
İmzalı vinillər layihəsi çərçivəsində səs yazısı olan “Aşıq Qərib” vinil albomunu imzalamışdı.
Biz sadəcə fotolarda yox, Azərbaycan mədəniyyətini tarixə salan insanlardan zamanında dəyərli nümunələri imzaları ilə əbədiləşdiririk. Bir gün biz də olmayacağıq, amma onlar qalacaq!”,- deyə rəssam qeyd edib.



