
ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB
Sənətkar daha çox dublyaj və səsləndirmə sahəsindəki uğurlu fəaliyyəti ilə tanınıb

Xalq artisti Əminə Yusifqızı vəfat edib
Xural.org xəbər verir ki, xalq artisti Əminə Yusifqızı dünyasını dəyişib. Bu barədə “Report”a sənətkarın yaxınları məlumat veriblər.
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. O, Azərbaycanın bir sıra teatrlarında, eləcə də “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib.
Sənətkar daha çox dublyaj və səsləndirmə sahəsindəki uğurlu fəaliyyəti ilə tanınıb və bu sahədə unudulmaz iz qoyub.
Xalq artistinin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir.
Allah rəhmət eləsin!



