
ERMƏNİ KONSULUN SEVGİ MACƏRALARI
Məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

Ermənistan XİN-in dövlətə xəyanətdə ittiham olunan əməkdaşı Aşxen Arakelyanın işi üzrə ilkin istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Xural.org xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən “Sputnik Ermənistan” yayıb.
Xatırladaq ki, Ermənistanın Avstriyadakı konsulu olduğu bildirilən A.Arakelyan bu ilin iyununda İrəvanın “Zvartnots” aeroportunda saxlanılıb. Lakin hadisə ilə bağlı məlumat avqust ayında açıqlanıb.



