ƏZİZ ORUCOV YENƏ AZADLIĞA BURAXILMADI

Ədliyyə Nazirliyi ilə Penitensiar Xidmət arasındakı münaqişə bütün gücü ilə davam edir...

Bu gün Kanal 13-ün Bakı Bürosunun rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad edilməsi üçün vəkilinin müraciətinə əsasən məhkəmə keçirilib. Xural.org xəbər verir ki, Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova bu haqda sosial şəbəkələrdə yazıb. Lamiyə xanım deyib: “16 saylı Cəzacəkmə Müəsisəsində saxlanılan Kanal13-ün rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə vəkilimiz Bəhruz Bayramov tərəfindən műraciət edildi. Bəhruz Bayramov bildirib ki, sentyabrin 25də keçirilən prosesdə hakim türmə rəhbərliyinin Əziz Orucov barəsində verdiyi müsbət rəyə baxmayaraq, onun műəssisə qaydalarına tam riayət etdiyini deməsine baxmayaraq, Əzizin uzun müddətdir Műalicə Műəssisəsində davamlı nevroloji műalicə almasına rəğmən, Ədliyyə Nazirliyinin mənfi műlahizəsi əsasında Orucovun vaxtından əvvəl azad olunmasını təmin etmədi. Qeyd edim ki, Eziz Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb. Hakim olaraq sərbəst șəkildə qərar verə bilməmək çox ağır olsa gərək…”
Bu qərar Ədliyyə Nazirliyi ilə Penitensiar Xidmət arasında baş verən daxili münaqişənin bir daha üzə çıxmasıdır. Cəzaçəkmə Müəssisəsi tanıdığı məhkuma müsbət mülahizə verir, ancaq Ədliyyə Nazirliyi tanımadığı məhkuma mənfi mülahizə verir və öz fikri, müstəqil iradəsi olmayan hakimlər dustağı azadlığa buraxmır.
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button