RUSİYANIN İMPERİYA FANTAZİYASI-

Reallıqlar və illuziya...

Tarixin axarı göstərir ki, imperiyalar heç vaxt birdən-birə qurulmur, həm də birdən-birə dağılmır. Rusiya isə hələ də öz taleyini imperiya ilə bağlamaqda israrlıdır. Moskvanın siyasi elitası “böyük dövlət” obrazını qorumaq üçün “imperiya fantaziyası”ndan qopmaq istəmir.
Lakin bugünkü reallıq fərqlidir. İmperiya qurmaq üçün lazım olan iqtisadi güc, texnoloji baza və demoqrafik dinamika Rusiyada yoxdur. Ölkə enerji ixracına bağlı, sanksiyalar altında sıxılmış və əhalisi sürətlə qocalan bir sistemdir.
Ukrayna savaşı bu boşluğu açıq şəkildə ortaya qoydu. İmperiya iddiası ilə başlayan müharibə Rusiyanın zəif tərəflərini üzə çıxardı və onu beynəlxalq aləmdə təcrid etdi. Bu, Rusiyanın imperiya olmaq istəyini reallıqdan daha çox illüziya səviyyəsinə endirdi.
Daha bir vacib məqam – xalqların milli dövlətçilik şüurudur. Qafqazdan Baltikyanı ölkələrinə qədər hər millət öz dövlətini qorumaq və inkişaf etdirməkdə qərarlıdır. Moskvanın istənilən “imperiya” cəhdi daha çox müqavimət doğurur.
Bəli, Rusiya nüvə arsenalı ilə dünyaya təsir etməyə çalışır, amma nüvə silahı ilə iqtisadi-sosial imperiya qurmaq mümkünsüzdür.
Beləliklə, Rusiya imperiya olmaq istəyi ilə yaşayır, amma imperiya olmaq imkanı artıq əlindən çıxıb. Onu gələcəkdə gözləyən tək yol – parçalanma təhlükəsi və ya zəifləmiş regional güc statusudur.
Zəlimxan Məmmədli
Böyük İdeallar Araşdırma Mərkəzi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button