
Hüquq müdafiəçiləri, media nümayəndələri və ictimai-siyasi xadimlər Əvəz Zeynallının sağlıq durumu ilə bağlı Prezidentə müraciət etdilər
Azərbaycanın hüquq müdafiəçiləri, media nümayəndələri, ictimai-siyasi xadimləri, partiya liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT göndəriblər.
Müraciətdə deyilir:
“Cənab Prezident!
“Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər.
Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» . Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.
Cənab Prezident!
Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik.
Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik.
Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib.
Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.
Cənab Prezident!
Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakultəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakultəsinin bu il məzunu olacaq.
Cənab prezident!
Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!
İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.
14.04.2025
- Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
- Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
- Arzu Abdullayeva – Hüquq müdafiəçisi
- Səidə Qocamanlı – Hüquq müdafiəçisi
- Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
- Hilal Məmmədov – Hüquq müdafiəçisi
- Fikrət Cəfərli – Hüququ müdafiəçisi
- Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
- Mehman Əliyev – jurnalist
- Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
- Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
- Sevil Nuriyeva – Jurnalist
- Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
- Elçin Zahiroğlu – jurnalist
- İkram Rəhimov – jurnalist
- Ceyhun Musayev – jurnalist
- Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
- Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
- Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
- Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
- Murad Köhnəqala – yazıçı, jurnalist
- Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
- Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
- Kamran Həsənli – aparıcı jurnalist
- Rüstəm Behrudi – Şair
- Niyaz Niftiyev – Tarixçi, jurnalist
- Elxan Şükürlü – jurnalist
- Fadil Paşayev – Konkret az saytının rəhbəri
- Bəhram İsmayıl – ABP sədri
- Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
- Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
- Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
- İqbal Ağazadə – Ümid Partiyasının sədri
- Qorxmaz İbrahimli – MHB rəhbəri
- Hafiz Hacıyev – Müasir Müsavat partiyasının sədri
- Sərdar Cəlaloğlu -Azərbaycan Demokrat Partiyasının sədri
- Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
- Səbirə Mahmudova – veteran jurnalist
- Elçin Həsənzadə – Hüquq müdafiəçisi
- İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı
- Vasif İsmayıl – Həkim uroloq
- Nigar Ögeday – Jurnalist
- Rada Abbas – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nin rəhbəri
- Sevinc Telmanqızı- TV Müsavatın baş redaktoru
- Akif Aşırlı- Əməkdar jurnalist
- Elçin Rüstəmli -Jurnalist, siyasi şərhçi
- Gülnaz Qənbərli – Azad Media TV.com saytının təsisçisi və baş redaktoru
- Namiq Dəlidağlı – AYB, AJB üzvü, manevr.az saytının təsisçisi
- Elnurə Abuşova – Azadmedia.az Xəbər Portalının baş redaktoru
- Arzu Qazıyeva – jurnalist
- Yusif Məhəmmədoğlu –
“Xəbərlər” İnformasiya Agentliyinin Baş redaktoru - Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
- Aslan Həmidli – Gələcək Azərbaycan Partiyası
- Bünyamin Bünyadzadə – Respublikainfo.com Media Qrupu
- Hüseyn Mustafabəyli – “Araz” Media Qrupunun təsisçisi və baş redaktor
- Fazil Abasquluzadə – Əməkdar Mədəniyyət İşçisi. Rəssamlar İttifaqının üzvü. Beynəlxalq Rəssamlar Fondun üzvü. Xalçaçı rəssam.
- Nadir İsmayılov – Əməkdar Jurnalist
- Aqil Ələsgər – Jurnalist
- Təranə Musayeva – AYB-nin üzvü
- İltifat Hacıxanoğlu – Jurnalist
- Bitərəf Nəbiyev- News365.az saytının, tv365 kanalının rəhbəri
- Nəzirməmməd Zöhrabll – Jurnalist-publisist
- Xanımlar Əhmədov – Jurnalist
- Yusif Məhəmmədoğlu –
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru - Günay Hüseyn – tarix üzrə fəlsəfə doktoru
- Cavanşir Abbaslı – AĞ Partiya sözçüsü, “Yeni Müsavat” qəzetinin siyasi yazarı
- Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
- Akif Xansultanlı – Jurnalist
- Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
- Bakir Həsənbəyli – Conflict.az saytının baş redaktoru, jurnalist
- Rövşən Hüseynov AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
- Lətif Qara Musa – Sabiq hərbi qulluqçu
- Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
- Samir Adıgözəlli -“Böyük Millət” xəbər portalı və İSBAM
- Pərviz Həşimli – Jurnalist
- Köçəri Nağıbəyli – Jurnalist



