
Tramp Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.
Bu barədə “Reuters” xəbər verir.
Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.
Tədbirlərə Amerika vətəndaşları və ya onların müttəfiqləri, habelə onların ailə üzvləri ilə bağlı araşdırmalarda iştirak edən məhkəmə əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətləri daxildir.
Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.



