Bastrıkin qəzanın üstünü basdıracaqmı?

Rusiya İstintaq Komitəsinin  sədri Aleksandr Bastrıkinlə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub. İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, tərəflər “Azərbaycan Hava Yolları”nin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını müzakirə ediblər.

“Biz Rusiya müstəntiqləri və kriminoloqlarının Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları ilə hərtərəfli qarşılıqlı fəaliyyətindən danışdıq”, – mesajda deyilir.

Aleksandr Bastrıkin əmin edib ki, Rusiya tərəfində bu işə İstintaq Komitəsinin mərkəzi aparatının təyyarə qəzasının araşdırılması sahəsində ən təcrübəli əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, onlar qəzanın bütün səbəblərini və şəraitini müəyyən etməlidirlər, hesabatda qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button