Əvəz Zeynallının məhkəməsi növbəti dəfə təxirə salındı

11.12.2012

“Xural” qəzetinin baş redakoru Əvəz Zeynallının məhkəməsi növbəti dəfə təxirə salındı

Dekabrın 12-də saat 14.00-a təyin olunan məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim heyətinin, o cümlədən prokurorun dekabrın 12-də mərhum prezident H.Əliyevin anım mərasimlərinə qatılması səbəbindən təxirə salınıb. Növbəti məhkəmə prosesinin vaxtı hələlik dəqiqləşdirilməyib.

Baş redaktor isə, əvvəlcədən rəsmi tədbirlərin vaxtını bildiklərindən nə üçün məhkəmə prosesinin həmin tarixə salınmasını bir daha siyasi göstərişlə əlaqələndirir: “Onlar istədikləri vaxt məhkəmə prosesini sürətləndirir, istədikləri vaxt isə, əksinə yubadırlar. Bu cür hallara sabiq deputat Gülər Əhmədovanın məşhur “mandat alveri” videosu yayımlanandan sonra rast gəlindi. Həftədə 3 gün təyin olunan məhkəmə prosesləri Gülər Əhmədovanın yuxarıları “ağzımı açdırmayın” hədələrindən sonra heç bir səbəb olmadan ləngidilməyə başlanıldı. Hesab edirəm ki, məhkəmə prosesinin yekunlaşmasına baxmayaraq, hakimlər onu ilin sonunadək bitirmək niyyətində deyillər. Bu da onunla əlaqədardır ki, adım Avropa Şurası Parlament Asambleyasının siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasselin “siyasi məhbusların siyahısı”na salınması müəyyən dairələri narahat etməyə başlayıb və onlar ilin sonunadək haqqımda məhkəmə hökmünün çıxarılmasına süni maneələr yaratmaqla öz məkrli niyyətlərini sonadək həyata keçirməyə çalışırlar. Onların dar düşüncələrinə görə, əgər məhkəmə hökmü ilin sonunadək qəbul olunmazsa, o zaman mənim adımın da “siyasi məhbuslar” siyahısından çıxarılması üçün “əsas” ola bilər…”

Ə.Zeynallı bütün bunlara etiraz əlaməti olaraq Azərbaycanın, o cümlədən də dünyanın ən nüfuzlu jurnalist və insan haqları təşkilatlarına müraciət hazırladığını da bildirib.

Həmin müraciəti yaxın günlərdə yayımlayacağıq.

XuralTAC  

Əlaqəli məqalələr

2 şərh

  1. Eziz Xural yazarlari.siz Evez beyi tutanlara xidmet edirsiniz.nece deyeceksiniz.onlarin meqsedi sizin onlar haqqinda yazmamaginizi saglamaqdir.ki buna da ulasiblar.siz ancaq Evez beye diqqet verirsizniz.diger meseller qalib qiraqda.siz ele yazilar yazin ki gorsunler ki Evezsiz de qazet olur.onda onu buraxacaqlar.diqqetinize gore tesekkurler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button