Hollandiyada İsraildən gələn futbol azarkeşlərinə hücum çəkilib

Amsterdamda İsrailin “Makkabi” (Təl-Əviv) və yerli “Ayaks” klubları arasındakı oyundan sonra qonaq klubun azarkeşləri hücuma məruz qalıblar. Bu xəbəri “The Times of Israel” yayıb.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Amsterdamın fərqli yerlərində baş verən hücumlar zamanı, azı, 10 israilli yaralanıb, iki israilli ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Yaralananların aldığı xəsarət dərəcəsi müəyyənləşdirilir.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə maskalı bir neçə şəxs əllərində Fələstin bayrağı tutaraq “Azad Fələstin” şüarları səsləndirir. İsrail mediasının bilgisinə görə, bıçaqla silahlanmış basqınçılar bir neçə israillinin pasportunu oğurlayıblar. Hadisə yerinə gələn polis 50-dən çox adamı saxlayıb.

Hollandiyaya gələn İsrail vətəndaşlarına qaldıqları mehmanxanaları tərk etməmək məsləhət görülüb. Onları vətənə qaytarmaq üçün İsrail Hollandiyaya bir neçə təyyarə göndərəcək. Ölkə hökuməti Hollandiya güvənlik qüvvələrini iğtişaşçılara qarşı qətiyyətli və tez hərəkətə keçmələrini və İsrail vətəndaşlarının qorunmasını təmin etmələrini istəyib.

İsrailin BMT-dəki səfiri Denni Danon hadisəni “qırğın” adlandırıb. “Bunlar bizim mübarizə apardığımız radikal terror tərəfdarlarının gerçək simalarıdır”, – səfir X sosial şəbəkəsindəki paylaşımında belə yazıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button