NİDA-çı gəncə 30 sutka verilib

NİDA Vətəndaş Hərəkatının üzvü Mete Türksoy inzibati qaydada həbs olunub.

Yasamal rayon Məhkəməsinin qərarı ilə o, oktyabrın 31-də İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 sutka həbs olunub.

Yaxınlarının bildirməsinə görə, M.Türksoyu oktyabrın 30-da axşam saatlarında Bakıda metronun “Nizami” stansiyasında polis saxlayıb. Vurğulandığına görə, onun saxlamasının səbəbi polis nəfəri ilə arasında anlaşılmazlığın yaranması olub.

“Mete Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılması prosesinin artıq siyasi rəng aldığı qənaəti yaradır. Onun ictimai və siyasi fəaliyyəti, son dövrlərdə yazdığı statuslar və yaxın gələcəkdəki planlarının ona qarşı bu cür rəftarın əsas səbəbi olduğunu düşünürük”, – NİDA Vətəndaş Hərəkatından bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən əlavə məlumat almaq mümkün olmayıb.

M.Türksoy 2019-cu ildə də inzibati qaydada həbs olunmuşdu. O, həmin vaxt həbsdə olan bloqer Mehman Hüseynova azadlıq tələbi ilə Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmadan keçirilən aksiyada saxlanılaraq 25 sutka inzibati qaydada həbs olunmuşdu.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button