Azərbaycana qaytarılan kənddə mina partladı, yaralananlar var

Yayımlandı: 2 Avqust 2024 15:37

Hadisə nəticəsində 4 nəfər yaralanıb

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayıb. Kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin aprelin 19-da tərəflər arasındakı razılaşmaya əsasən Azərbaycana qaytarılıb.

Hadisə avqustun 2-də baş verib. Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Xəyal Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Mehdizadə ayaq nahiyəsindən xəsarət alıblar.

Ərazidə minatəmizləmə işlərilə məşğul olan ANAMA-nın digər əməkdaşları Elçin Ələkbərov və Yavər Mirzəyev isə qəlpə yaraları alıb.

“Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə, dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur”, – rəsmi açıqlamada bildirilir.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button