
Bakı və Yerevan komissiyaların birgə fəaliyyətləri haqqında Əsasnaməni razılaşdırırlar
Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyaları birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.
İyulun 1-ə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.
Bu haqda iyulun 1-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisi məlumat yayıb.
“Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır”, deyə məlumatda bildirilir.



