![Dağıstanda terror aktı ilə bağlı 'Vahid Rusiya'nın şöbə katibi saxlanılıb [Video]](/yukleme/2024/06/Dagistanda-terror-akti-ilə-bagli-039Vahid-Rusiya039nin-sobə-katibi-saxlanilib-780x470.jpg)
Dağıstanda terror aktı ilə bağlı 'Vahid Rusiya'nın şöbə katibi saxlanılıb [Video]
İcraçı prodüser
Sosial media reportyoru/prodüseri
Sosial media redaktoru
Dağıstanda Serqokalin rayonunun rəhbəri və “Vahid Rusiya” partiyasının yerli şöbəsinin katibi Maqomed Omarov saxlanılıb, evində axtarış aparılıb.
TASS-ın məlumatına görə, bazar günü sinaqoq və polisə hücumda Ömərovun iki oğlu, eləcə də qardaşı oğlu iştirak edib.
İyunun 23-də Dərbənddə naməlum şəxslər sinaqoq və pravoslav kilsəsini avtomat silahlardan atəşə tutub. Eyni vaxtda naməlum şəxslər Mahaçqalada yol-patrul xidmətinin postuna hücum edib, daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər.
Hücumlar nəticəsində 7-si polis olmaqla azı 9 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Öldürülənlər arasında pravoslav keşiş də var.
İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. İlkin məlumatlara görə, hücumlarda azı 6 nəfər iştirak edib. Onlardan dördü ləğv edilib.



