
Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir
Yayımlandı: 30 May 2024 14:19
DİN iqtisadçının dəvət edildiyini və araşdırma aparıldığını deyir
İqtisadçı Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir.
Hadisəni görən və çəkmək istəyən Meydan TV-nin əməkdaşının telefonu zorla əlindən alınıb.
Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının zorla aparılması inkar edib.
Qurumdan Meydan TV-nin sorğusuna cababda bildirilib ki, vətəndaş Fərid Mehralızadə polisə dəvət edilib:
“Araşdırma aparılır”.



