
MN: Azərbaycan hərbçisi su kanalında boğulub
Yayımlandı: 27 May 2024 17:06
Nazirlik hadisənin səbəblərinin araşdırıldığını deyir
Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Eyvazovun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq həyatını itirdiyi bildirilir.
Müdafiə Nazirliyi məlumatı Meydan TV-yə təsdiqləyib.
Nazirlik bildirib ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Elvin Eyvazovun Samur-Dəvəçi-Abşeron su kanalında boğulması ilə bağlı araşdırma aparılır.
Meydan TV Elvin Eyvazovun yaxınları ilə əlaqə saxlaya bilməyib.



