HƏRBİ JURNALİST SƏNAN ABDULLAYEV ƏFV İSTƏYİR
Xatırladaq ki, Sənan Həsənoğlu (Abdullayev) xeyli müddət jurnalist fəailiyyəti ilə məşğul olub. Belə ki, o, 20 ilə yaxın müddətdə “AZTV”, “SPACE” və “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində də çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı Sənan Həsənoğlunun fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb və s.
O, Goranboy Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahiblərinin şikayəti əsasında həbs olunub. Artıq 3 ilə yaxındır həbsdədir.
Hesab edirik ki, yaxınlaşmaqda olan Milli Mətbuat günü ərəfəsində onun əfv olunması Allaha da xoş gedər. İnanırıq ki, cənab Prezident Sənan Abdullayevin azad edilməsinə qərar verər.
Asif Mərzili,
“Təzadlar” qəzetinin və eyni adlı saytın rəhbəri,
Avropa Mətbuat Federasiyasının üzvü



