Slovakiyanın Baş nazirinin atışmada yaralandığı bildirilir

Yayımlandı: 15 May 2024 17:39

Ölkənin Prezidenti hadisədəbn şoka düşdüyünü deyir

Slovakiyanın Baş naziri Robert Fikonun atışma nəticəsində yaralandığı bildirilir. Onun xəstəxanaya aparıldığı qeyd edilir.

Slovakiyanın “TA3” televiziyasının məlumatına görə, insident paytaxtdan təxminən 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib.

Hadisə ilə bağlı bir nəfərin şübhəli qismində saxlanıldığı bildirilir.

Prezident Zuzana Çaputova Baş nazir Robert Fikoya qarşı amansız və ehtiyatsız hücumu pisləyib:

“Şokdayam. Bu kritik anda hücumdan qurtulmaq üçün Roberto Fikoya çoxlu güc arzulayıram”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button