Rusiya müharibədə Şimali Koreyanın ballistik raketindən istifadə edib

Yayımlandı: 30 Aprel 2024 14:12

Raket yanvarda Xarkova atılıb

Yanvarın 2-də Ukraynanın Xarkov şəhərinə düşən raketin qalıqlarının araşdırması zamanı onun Şimali Koreyanın “Hwasong-11” seriyalı ballistik raketi olduğu məlum olub.

“Reuters” yazır ki, BMT-nin sanksiya nəzarətçiləri belə nəticəyə gəliblər ki, bu, silah embarqosu qaydalarının pozulması deməkdir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) kimi tanınan Şimali Koreya 2006-cı ildən ballistik raket və nüvə proqramlarına görə BMT-nin sanksiyaları altındadır və bu tədbirlər illər ərzində gücləndirilib.

Üç sanksiya nəzarətçisi bu ayın əvvəlində dağıntıları yoxlamaq üçün Ukraynaya gedib və raketin Rusiya tərəfindən hazırlanmasına dair heç bir dəlil tapmayıb.

Bir o məlum olub ki, raket Rusiya Federasiyasının ərazisindən atılıb.

BMT müşahidəçiləri bildiriblər ki, “Hwasong-11” seriyalı ballistik raketlər ilk dəfə 2019-cu ildə Pxenyan tərəfindən açıq şəkildə sınaqdan keçirilib.

Yanvarın 2-də baş verən hücumdan bir neçə gün sonra Xarkov vilayətinin prokurorluğu raketin qalıqlarını mediaya nümayiş etdirərək, onun Rusiya modellərindən fərqli olduğunu bildirib. Həmçinin qeyd edib ki, “bu, Şimali Koreya tərəfindən təchiz edilmiş raket ola bilər”.  

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button