Anar Məmmədli saxlanılıb

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin saxlanmasını Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da təsdiqləyib. O, “Turan”a bildirib ki, Məmmədli barəsində araşdırma aparılır, əlavə məlumat veriləcək

+++

Seçki Monitorinq və Demokratiya Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Məmmədlini aprelin 29-da saat 15 radələrində Bakı şəhəri, Teymur Əliyev küçəsində mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanıb. O, vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay həbs edilib. İttihami qəbul etməyən Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button