Əvəz Zeynallının işindən “vergi” ittihamları çıxarıldı

09.07.2012

“Xural” qəzetinin hazırda əsassız ittihamlarla həbs olunmuş baş redaktoru Əvəz Zeynallı haqqında ilk ədalətli qərar çıxarıldı.

2       saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hacıbəyova Miminat Tacir qızı iddiaçı Zeynalov Əvəz Tapdıq oğlunun, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı “N saylı, 22.02.2012-i il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə dair ərizəsi üzrə hazırlıq icraatında cavabdeh AR VN yanında Vergi Audit Departamentinin 08 iyun 2012-ci il tarixli ərizəsi, Bakı şəhəri, Şirin Mirzəyev 32 ünvanında yerləşən 2  saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən edib ki, məhkəmə tərəfindən AR-nın İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsində əsasən cavabdehlərin iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə bildirilməsi tələb olunsa da, cavabdehlər məhkəmə tərəfindən təyin edilmiş müddətdə iddiaya qarşı etirazını bildirməyiblər.

Xatırladaq ki, AR VN yanında Vergi Audit Departamenti məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş edib. Nazirlik vəsatətini onunla əsaslandırmışdı ki, Əvəz Zeynallı AR BP yanında KQMİ tərəfindən CM-nin 311.3.2, 311.3.3, 311.3.4 maddələri ilə cinayət işi başlanmış və həmin idarənin böyük müstəntiqi tərəfindən Nəsimi rayon məhkəməsinin Ə.Zeynallı tərəfindən təsis edilən “Xural” qəzetinin fəaliyyəti zamanı vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin VN-nin mütəxəssisləri tərəfindən yoxlanılması üçün vəsatət verilmiş, vəsatət Nəsimi rayon məhkəməsinin 14.11.2011-ci il tarixli qərarı ilə təmin edilib. Həmin qərara əsasən Ə.Zeynallının fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlaması 22.02.2012-ci il tarixli  N nömrəli aktla rəsmiləşdirilmiş və Ə.Zeynallı tərəfindən yoxlanılan dövr üzrə sadələşdirilmiş verginin 7251.20 manat azaldılması müəyyən edilərək, səyyar vergi yoxlanılması materialları AR-nın BP yanında KQMİ-nə göndərilib. Həmin idarə tərəfindən Ə.Zeynallı haqqında 311.3.2, 311.3.3, 311.3.4, 306,2 və 213. maddələri ilə ittiham elan olunaraq cinayət işinin materialları məhkəməyə göndərilib. Hal-hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmə iddia ərizəsini və cavabdeh AR VN yanlında Vergi Audit Departamenti tərəfindən “icraatın dayandırılması barədə” vəsatətin əlavə etdiyi sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraatın hal-hazırda dayandırılması üçün əsaslar mövcud deyil. Beləki, İnzibati Məhkəmə icraatında aparılan araşdırmanın hal-hazırkı mərhələsində cinayət əməli törədilməsinə dair şübhə doğuran hal aşkar edilməyib.  Məhkəmə AR İnibati Prosessual Məcəlləsinin 7, 50-ci maddələrini rəhbər tutaraq qərara alıb ki, AR VN yanında Vergi Audit Departamenti inzibati məhkəmə “icraatın dayandırılması barədə” vəsatəti təmin etməkdən imtina edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button