Oqtay Gülalıyevin barəsində həbs qətimkan tədbiri dəyişdirilib, o, azadlığa çıxıb

13.06.2012

 İyunun 13-də Sabirabad Rayon Məhkəməsinin qərarı  ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin  barəsində həbs qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından buraxılıb. Eyni zamanda ona qarşı cinayət işi dayandırılmayıb.

 Xatırladaq ki, vətəndaş cəmiyyətinin fəalı aprelin 8-də xuliqanlıqda (ictimai yerdə söyüş söymə) ittiham edilərək həbs olunub, sonra iş daha ciddi ittihama tövsif olunub – iğtişaşlara təhrik (maddə 220.2). Onu 3 ilədək həbs cəzası gözləyirdi.  O.Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu il daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ədalətli bölünməsini tələb edən sakinlərlə görüş zamanı saxlanılıb. Həbsdə sonra o, polis rəisinin müavini Rauf Məcidov və bir neçə başqa əməkdaş tərəfindən döyülüb.  O.Gülalıyev aprelin 17-də Sabirabad polis təcridxanasının rəhbəri Seyfəddin  Quliyev tərəfindən təhqir və fiziki təzyiqlərə məruz qalıb.

    O 2010-cu ilin yayından daşqının nəticələrinin aradan qaldırılması məsələsi ilə fəal məşğul olan Kür” Vətəndaş Cəmiyyətinin  koordinatorudur. Qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, vətəndaşların icra orqanları tərəfindən aldadılması faktları aşkarlanıb. O.Gülalıyevin vasitəçilik  səyləri nəticəsində minlərlə adam almadığı kompensasiyanı, mənzili və digər yardımı ala bilib. Sonuncu qərar Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılmasına əlavə olaraq 50 mln. manatın ayrılması barədə prezidentin fərmanı olub.  Bir çox beynəlxalq təşkilatlar O.Gülalıyevin həbsini siyasi motivli hesab edib və daşqından zərərçəkənlərə yardımın verilməsində vətəndaş cəmiyyətinin iştirakına yola verməməyə çalışan hakimiyyətin hərəkətini pisləyiblər.  2010-cu ilin mayında ölkənin 8 rayonunda 100 min ha-dan çox ərazini, 20 min evi su basıb. Ümumilikdə 2012-ci ilin martına kimi daşqının nəticələrinin aradan qaldırılmasına dövlət tərəfindən 350 mln. manat ayrılıb. Lakin bu vəsaitin böyük hissəsi mənimsənilib.  Yardımın paylanması prosesində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ilə bağlı “Kür” qərargahının dövlət başçısına müraciətinə cavab olaraq hakimiyyət O.Gülalıyevi həbs edib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button