Front Line Defenders Oqtay Gülalıyevin azadlığa buraxılmasını tələb edir

08.06.2012

Hüquq müdafiəçilərinin Beynəlxalq Fondu Front Line Defenders “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru və Hasilat Sənayesində Şəffaflıq Koalisiyasının monitorinq qrupunun üzvü Oqtay Gülalıyevin hələ də həbs saxlanmasını pisləyib.

Fondun bəyanatında deyilir ki, ona qarşı irəli sürülən ittihamlar insan haqları sahəsində qanuni və dinc fəaliyyəti, əsasən 2010-cu ilin daşqınından zərər çəkənlərin hüquqlarının müdafiə etməsi ilə bağlıdır.  Bununla əlaqədar Front Line Defenders Azərbaycan hakimiyyətini aşağıdakılara çağırıb:

    – Gülalıyevin fiziki və mənəvi toxunulmazlığına zəmanət verilsin;

    – Ona təcili lazımi tibbi xidmət göstərilsin, şəxsi həkiminin işitirak hüququ təmin edilsin;

     – Ona qarşı bütün ittihamlar dərhal və qeyd-şərtsiz aradan qaldırılsın və azad edilsin. Çünki onun həbsdə qalması yalnız hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır.

     – Gülalıyevin Sabirabad polisinin rəis müavini və əməkdaşları tərəfindən döyülməsi barədə informasiya dəqiq və  qərəzsiz araşdırılsın.

     – Azərbaycanda insan hüquqlarının müdafiəçiləri üçün bütün şərait yaradılsın ki, onlar öz qanuni səlahiyyətlərini repressiya qorxusu və məhdudiyyət olmadan həyata keçirə bilsinlər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button