Əvəz Zeynallının dövlət ittihamçısı həbs edildi (Yenilənib)

07.06.2012

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının iyunun 6-da keçirilən məhkəmə prosesi zamanı hakim Ramella Allahverdiyeva dövlət ittihamçısı Vüsal Orucovun Ramazan Hadıyevlə əvəzləndiyi haqda  məlumat verib. Bunun səbəbi ilə maraqlanan Əvəz Zeynallıya isə hakim bu haqda rəsmi məlumat aldığını və sənəddə  heç bir açıqlama verilmədiyini qeyd edib. Ə.Zeynallı isə ona verilən məlumatlara əsaslanaq Vüsal Orucovun vahabbilik təriqətinin üzvü olduğunu və MTN tərəfindən 2 gün əvvəl həbs olunduğunu deyib:  “Görün bizləri şəxsiyyəti müəmmalı olan kimlərin əli ilə ittiham etməyə qalxırlar”.

Əvəz Zeynallının bu məlumatı nə yeni təyin olunmuş dövlət ittihamçısı Ramazan Hadıyev, nə də hakim Ramella Allahverdiyeva tərəfindən təkzıb edilməyib. Hətta Əvəz Zeynallının bu haqda dəqiq məlumatı haradan alması ilə bağlı təəcüb nümayiş etdiriblər. Məlumatı dəqiqləşdirmək üçün MTN-nin icyimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevlə, həmçinin Respublika Prokurorluğunun mətbuat xidmətinin böyük prokuroru Təranə Vəlizadə ilə əlaqə saxladıq. Hər iki tərəf bu haqda əllərində heç bir məlumat olmadığını bildirdilər. Qeyd edək ki, həbs olunan Vüsal Orucov Baş Prokurorluğun əməkdaşıdır və MTN-nin “Azərbaycanın milli maraqları və təhlükəsizliyi yönündə mümkün təhdidlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər çərşivəsində”  həbs olunub.

 Bu haqda məlumat yayımlandıqdan sonra xural.org -la əlaqə saxlayan Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz növbəsində bildirdi ki,

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vüsal Orucov  prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, eyni zamanda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 31 may 2012-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir”.

Xatırladaq ki, Əvəz Zeynallı məhkəmə prosesi zamanı dəfələrlə dövlət ittihamçısı qismində çıxış edən V.Orucova iradını bildirərək, ittiham olunan şəxslə müttəhim arasında fərq qoymadığını, ilk gündən Ə.Zeynallıya qarşı hərəkət və davranışları ilə qərəz nümayiş etdirdiyini məhkəmə heyətinin diqqətinə çatdırmağa çalışmışdı.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button