Astara sakini bildirir ki, o, adına olan pay torpağından istifadə edə bilmir

Yayımlandı: 22 Dekabr 2023 18:32

Astaranın Səlivə kəndində yaşayan bu ailə işsizlikdən, evlərinin şəraitsizliyindən və uşaqlarını böyüdə bilməməkdən şikayətçidir. Şikayətçilər bildirir ki, qısa bir müddət ünvanlı dövlət sosial yardımı alsalar da, sonradan bu müavinət də kəsilib.

Növbəti müraciətlərinə də yardımdan imtina cavabı gəlib.

Dövlət Sosial Müdafiə Fondundan Meydan TV-yə bildiriblər ki, Bəylər İbrahimovun adına pay torpağı olsa da, o, məcburi sosial sığorta ödənişlərini düzgün aparmadığına görə, Aytəkin Məmmədova isə işsiz olduğuna görə onların ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətinə imtina cavabı verilib.

Bəylər İbrahimov bildirir ki, o, adına olan pay torpağından istifadə edə bilmir.

Astara Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, vətəndaşlar işlə təmin olunmaq üçün quruma yox, Məşğulluq idarəsinə müraciət etməlidirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button