Tofiq Yaqublu saxlanıb

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də saxlanıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, müxalif siyasətçinin evində axtarış da aparılıb. Amma yaxınlarına saxlanma səbəbi bəlli deyil.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da T.Yaqublunun saxlanması barədə məlumatı “Turan” Agentliyinə təsdiqləyib. O, qeyd edib ki, araşdırma aparılır.

Tofiq Yaqublu buna qədər bir neçə dəfə iğtişaş yaratmaq, xuliqanlıq ittihamları ilə həbsdə olub.

Müxalif fəal bir neçə dəfə polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib.

O, bir qayda olaraq həbslərini siyasi fəaliyyəti ilə izah edib və ittihamları qəbul etməyib.

Onun hətta həbsdə olarkən buna etiraz olarq 20 günə yaxın aclıq aksiyası da keçirdiyi bildirilir.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button