Rusiyada prezident seçkisinin vaxtı açıqlanıb

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası martın 17-nə prezident seçkisi təyin edib.

Şura dekabrın 7-də keçirilən iclasında belə bir qərar qəbul edib.

1999-cu ildən baş nazir, yaxud prezident kimi hakimiyyətdə olmuş Vladimir Putin daha altı il də hakimiyyətdə qalmaq üçün seçkiyə qatılmaq niyyətini açıqlamayıb. Ancaq onun seçkiyə gedəcəyi gözlənilir.

Konstitusiyaya dəyişiklik Putinə seçkidə iştirak şansı verib. İndiyədək ona meydan oxuyacaq ciddi namizəd ortaya çıxmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button