
Qarabağ əlili küçələrdən zibil yığaraq ailəsini dolandırır
Sona Abbasova da dolanmaqda çətinlik çəkdiklərini deyir. Elə onun üçün də həyat yoldaşının aliminium qab, plastik qab yığaraq ailəyə dəstək olduğunu bildirir.
Keşlə stansiyası tikilərkən evlərinin zərər gördüyünü bildirən ailə deyir ki, Fövqəladə Hallar Nazirliyi baxış keçirib və evin qəzalı şəraitdə olduğunu təsdiqləyib, amma üstündən illər keçməsinə baxmayaraq evləri təmir olunmayıb. Deyirlər, müxtəlif orqanlara şikayət etsələr də, dövlət qurumları təmiri öz öhdəsindən atıb.
Oruc Abbasov küçələrdən aliminium, plastik yığarkən polislərin ona mane olmasından da narahatdır. Ərazi üzrə sahə müvəkkilinin evlərinin önünə yığdığı qutulara görə onu dəfələrlə cərimələmək istədiyini bildirir.
Dövlət Statistika Komitəsi ölkədə yoxsulluq səviyyəsini açıqlayıb. Rəsmi məlumata görə Azərbaycanda əhalinin 5.5%-i, yəni təxminən 557 min nəfər yoxsul var. Ekspertlər isə bu rəqəmin qat-qat daha çox olduğunu bildirirlər.
The post Qarabağ əlili küçələrdən zibil yığaraq ailəsini dolandırır appeared first on MEYDAN.TV.



