Baş Prokurorluq icra hakimiyyətində əməliyyat keçirib: saxlanılan var

Yayımlandı: 21 Noyabr 2023 14:10

Şöbə müdiri rüşvət almaqda şübhəli bilinir

Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat nəticəsində icra hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyatı noyabrın 20-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirib.

Mirqasım Mirişli saxlandıqdan sonra idarəyə gətirilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, idarədə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidməti Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button