
12 noyabr – Konstitusiya Günüdür
Azərbaycanın müxtəlif vaxtlarda çoxsaylı dəyişiklik və əlavələr edilən konstitusiyasının qəbul edilməsindən 28 il keçir.
Mövcud Azərbaycan Konstitusiyası 28 il əvvəl, 1995-ci il noyabrın 12-də qəbul olunub.
Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.
1995-ci ildən etibarən Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, habelə 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. (Proporsional seçki sistemi – səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi)
2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçilib.



