Ukraynada baş komandanın köməkçisi partlayışda həlak olub

Ukrayna silahlı qüvvələri baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov noyabrın 6-da Kiyev yaxınlığındakı evində həlak olub.

Zalujnının sözlərinə görə Çastyakov ad günündə naməlum partladıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib. Xəbər verilir ki, bomba hədiyyələrdən birinin içində olub.

Çastyakovun arvadı deyib ki, əri evə içində bir şüşə içki və qumbaraşəkilli qədəhlər olan hədiyyə qutusu gətiribmiş. Partlayış qutu açılarkən baş verib.

“Ukrainskaya Pravda” qəzeti isə yazır ki, hadisə “hərbi sursatla ehtiyatsız davranış zəminində” baş verib.

Qəzet qeyd edir ki, partlayış nəticəsində mərhumun 13 yaşlı oğlu da yaralanıb. Onun xəstəxanaya yerləşdirildiyi xəbər verilir.

Qəzet yazrıdı ki, Ukraynanın məhkəməyə qədər işlər reyestrində söhbət “silah, sursat və partlayıcı maddələrdən qanunsuz istifadə” kimi təfsir olunur.

Qəzetin mənbələrinə görə polis Çastyakovun evində daha 5 ədəd qumbara aşkar edib.

Valeri Zalujnı hadisə barədə Telegram-da yazıb:

“Ukrayna silahlı qüvvələrinə və şəxsən mənə ifadəolunmaz ağrı və ağır itki üz verib. Tammiqyaslı müdaxilə başlanandan bəri Gennadi mənim üçün etibarlı çiyin idi. O bütün həyatını Ukrayna silahlı qüvvələrinə və Rusiya təcavüzü ilə mübarizəyə həsr etmişdi”.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button