Nepaldakı zəlzələdə 128 nəfərin öldüyü bildirilir

Yayımlandı: 4 Noyabr 2023 14:33

Ölənlərin sayının artacağı ehtimal olunur

Nepalın qərbindəki Cayarkot rayonunda noyabrın 4-nə keçən gecə 6,4 bal gücündə zəlzələ baş verdiyi bildirilir.

Zəlzələ nəticəsində azı 128 nəfər həlak olub.

“Reuters” yazır ki, yeraltı təkanları qonşu Hindistanın Yeni Dehli sakinləri də hiss ediblər.

Cayarkotda evlərin uçması nəticəsində azı 92 nəfər ölüb, 55 nəfər yaralanıb.

Qonşu Qərbi Rukum rayonunda isə 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Səlahiyyətlilər ölənlərin sayının artacağını ehtimal edirlər.

Axtarış-xilasetmə qrupları zəlzələdən zərər çəkmiş ərazilərə çatmaq üçün sürüşmənin bağladığı yolları təmizləyirlər.

Nepalın Baş naziri Puşpa Kamal Dahal helikopterlə təbii fəlakət yerinə gedib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button