İşçi Masası üzvünün saxlanıldığı deyilir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzilinin saxlanıldığı deyilir.

Fərzilinin yaxınları bildiriblər ki, oktyabrın 27-də axşam saat 18:30 radələrində o onlara mesaj yazaraq iş yerinə polis əməkdaşlarının gəldiyini və onlarla getdiyini deyib.

Yaxınlarının sözlərinə görə, hazırda T.Fərzili ilə əlaqə saxlamaq mümkün deyil.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təşkilatın daha iki üzvü Elvin MustafayevAyxan İsrafilov da həbsdədir. Onlara qarşı isə CM-nin 234.4.3-cü maddəsi ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama – küllü miqdarda) ilə cinayət işi açıldığı deyilir.

Onların üçü də özlərini təqsirli bilmir.

Hüquq müdafiəçilər onların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını söyləyirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button