Azad jurnalistika Azərbaycan mətbuatına azadlıq tələb edir

03.05.2012

Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər.

Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur.

Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar  “3  May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan ictimaiyyətinin müraciəti”ni oxuyublar.

 Aksiya iştirakçıları üç bənddən ibarət müracitəi imzalayıblar: Müraciətdə hakimiyyət

1. Söz azadlığı və insan hüquqları sahəsində xalq və beynəlxalq birlik qarşısında götürdüyü konstitusion və beynəlxalq öhdəliklərə əməl etməyə;

2.  Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün bütün şəraiti yaratmağa;

3. Həbsdə olan jurnalistləri azad etməyə çağırılır.

  Jurnalistlər həmçinin bildiriblər ki, Azərbaycan mətbuatının azadlığı uğrunda mübarizəni davam etdirəcəklər.

Aşağıda müraciətin mətni gəlir:

Azərbaycanda  söz azadlığı sahəsindəki sonuncu neqativ proseslər həyəcan doğurur və  iqtidardan dərhal beynəlxalq və  Konstitusiya öhdəliklərindən irəli gələn qərar qəbul etməyi tələb edir.

2005-ci ildən başlayaraq, mətbuata fiziki, mənəvi və məhkəmə  vasitəsilə edilən təzyiqlərin göstərilməsi faktlarının sayı durmadan  artır və təhlükəli forma alıb. 2005-ci ilin martında “Monitor”  jurnalının baş   redaktoru  Elmar Hüseynov qətlilə buna start  verilb.

Keçən ildən başlayaraq  müxtəlif səbəblərə görə  jurnalist həbslərinin (8-dən artıq) və qəzetlər üzərində məhkəmə proseslərinin  rekord sayı  ilə  əlamətdar olub. Diqqətəlayiq  haldır ki,  əgər əvvəllər jurnalistləri “şərəf və ləyaqətin alçaldılması” maddəsi üzrə azadlıqdan məhrum edirdilərsə, son il ərzində onların jurnalist yaradıcılığı ilə bağlı olmayan səbəblərə görə həbs edilməsi təcrübəsi yaranıb.

Baş verən proseslər çox təhlükəlidir və şəxsiyyətin açıq hədələnməsi  və susdurulması bütün cəmiyyətə proyeksiyalanaraq qorxu  və  çarəsizliyi artırır. Jurnalist mühitində  özünüsenzura qüvvətlənir, ifadə azadlığı  məhdudlaşdırılır və bununla da insanın söz azadlığı kimi əsas hüququ  pozulur. Bu hərəkətlər dövlətin öz vətəndaşları və beynəlxalq birlik qarşısındakı əsas öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi  insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. İnsan Haqlarının Ümumi Bəyannaməsi, Vətəndaş və Siyasi  Hüquqlar barəsində Beynəlxalq Pakt və   həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi hər bir insanın öz vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək və şəxsiyyətin  hər hansı  alçaldılması hallarını rədd etmək imkanını nəzərdə tutur.

Əsas  İnsan Hüquq və Azadlıqları Avropa Konvensiyası hər kəsin öz fikirlərini açıq  ifadə etmək hüququnu nəzərdə tutur. Həmin Konvensiyaya əsasən, insanın bir hüququnun gerçəkləşdirilməsi digər insan haqlarının pozulması və ya məhdudlaşdırılması ilə müşayiət oluna bilməz. Beləliklə, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi jurnalistin  fikir və informasiya yaymaq azadlığının məhdudlaşdırılmasına səbəb ola bilməz.

Konstitusiyanın 71-ci maddəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə  insan və vətəndaş hüquq və azadlıqlarının gözlənilməsi və müdafiəsi üzrə vəzifələr qoyur. Bu cür azadlıqların ön sırasında  Konstitusiyanın 47 və 50-ci maddələrinin təmin etdiyi söz, fikir, qanuni üsullarla informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq azadlıqları durur.

Azərbaycan 2001-ci ildə bu sənədlərin yurisdiksiyasının  prioritetliyini tanıyaraq Əsas  İnsan Hüquq və  Azadlıqları Avropa Konvensiyasına və onun protokollarına qoşulub. İnsanın ayrılmaz hüquq və azadlıqlarına aid olan söz və  informasiya azadlığı başqa vətəndaş hüquqları üçün bazis təşkil edir. Müstəqil mətbuat olmadan  söz, şəxsiyyət  və cəmiyyət azadlığı mümkün deyil. Azad olmayan cəmiyyət isə hüquqi, demokratik dövlət qurmağa qadir deyil.  Məhz  o dövləti ki, Azərbaycan hakimiyyəti Avropa İttifaqı, NATO,  Avropa Şurası  və s. bu kimi  strukturları ilə  əlaqələr yaradarkən  prioritet kimi bəyan edib.

Bizi, vətəndaş cəmiyyətinin nümayəndələrini, hakimiyyətinin bəyan etdiyi ölkənin demokratik inkişaf və söz azadlığının şəxsiyyət azadlığının ən yüksək  meyarı olduğu dəyərlər məkanına inteqrasiyası xəttindən uzaqlaşması narahat etməyə bilməz.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button