Azərbaycan Sərsəng su anbarına nəzarət etdiyini açıqlayıb

Yayımlandı: 29 Sentyabr 2023 21:23

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları ərazidədir

Sərsəng su anbarı Azərbaycanın nəzarətinə keçib.

Bu barədə məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yayıb.

Məlumatda bildirilir ki, artıq Sərsəng su anbarına onların əməkdaşları nəzarət edir.

Sahənin mütəxəssisləri hesab edir ki, bu su anbarı hazırda su çatışmazlığından ciddi əziyyət çəkən Azərbaycan üçün çox önəmlidir.

Sərsəng su anbarı Qarabağdakı strateji obyektlərdən biridir.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button