Şuşada traktor minaya düşdü: xəsarət alan var

Yayımlandı: 22 Sentyabr 2023 16:45

Traktorçunun yüngül xəsarət aldığı bildirilir

Şuşada Azərbaycan ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.

Bu barədə sentyabrın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumatda bildirilir ki, Şuşanın Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Nəticədə Azərbaycan ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.

Traktorçu yüngül xəsarət alıb, həyatı təhlükəsi yoxdur.

Məlumatda hadisəyə görə Ermənistan suçlanır.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlir.

Bir neçə tank əleyhinə minanın partlaması nəticəsində 14 nəfər həyatını itirib, yaralananlar var.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button