Rusiya XİN tərəflərə çağırış etdi

Yayımlandı: 20 Sentyabr 2023 03:02

Qurum hesab edir ki, Ermənistan “Dağlıq Qarabağ”ı Azərbaycanın ərazisi kimi tanımaqla münaqişənin taleyini dəyişib

Rusiya Xarici İşlər Nazirliyi Qarabağda başlanan hərbi əməliyyatla bağlı bəyanat yayıb.
Qurum mülki əhalinin təhlükəsizliyinin təmin olunması, qan tökülməsinin qarşısının alınması üçün çağırış edib.
Sənəddə deyilir ki, rəsmi Yerevanın “Dağlıq Qarabağı” Azərbaycan ərazisi kimi tanıması münaqişə ərazisinin taleyinə köklü şəkildə təsir edib və üçtərəfli sazişin əsas şərtlərini dəyişdirib:
“Bu, 9 noyabr 2020-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin, habelə rus sülhməramlı şərti (RMK) mövqeyi də imzalandığı fundamental şəraiti dəyişdirdi.
Bölgədə yerləşdirildiyi andan etibarən sülhməramlılar atəşkəs rejimini qorumaq, Azərbaycan və Ermənistan arasında təması təmin etmək tapşırığını vicdanla yerinə yetirdi”.
Bəyanatda sülhməramlıların Bakı və Xankəndi (Stepanakert) arasında birbaşa dialoqun başlamasına töhfə verdiyi də vurğulanır.
O da deyilir ki, hazırda sülhməramlılar tibbi yardım, o cümlədən evakuasiya ilə məşğul olan mülki əhaliyə yardım göstərir.
Rusiya XİN hesab edir ki, indi əsas olan əməliyyatın dayandırılmasıdır.
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyatlara başlayıb. Qurum bunu “antiterror əməliyyatı” adlandırır. Əməliyyatdan bir neçə saat öncə bölgədən müəmmalı ölüm xəbərləri gəlirdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button