
İctimai fəal saxlanıb
İctimai fəal Rail Abbasovun saxlandığı bildirilir.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, Abbasovu sentyabrın 19-da səhər saatlarında evdən çıxarkən polis saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirib:
“Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə şübhəli şəxs qismində saxlanıb. Sabah, sentyabrın 20-də məhkəməyə çıxarılması gözlənilir”.
Vəkil əlavə edib ki, Rail Abbasovla bağlı 1 nəfərin şikayəti var: “Lakin o, özünü təqsirli bilmir”.
Amma o, şikayətin detallarını açıqlamayıb.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.



