Türkiyədə kömür mədənində çöküş: 1 ölü, 6 yaralı

Sentyabrın 13-də Türkiyənin Şimalındakı kömür mədəni qismən çöküb. Reuters yazır ki, nəticədə bir mədən işçisi ölüb, 6 nəfər yaralanıb.

Bu haqda Türkiyənin Səhiyyə naziri Fehrettin Koca “X” (keçmiş twitter) hesabında yazıb.

Hadisə Türkiyənin Dövlət Daşkömür Mədənçilik İnstitutunun Zonguldağdakı Armutcuk kömür mədənində baş verib.

Mədənin 450 metr dərinliyində baş verən hadisənin səbəbləri hələki bilinmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button