“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Yayımlandı: 31 Avqust 2023 21:58

Azərbaycan klubu pley-off mərhələsini məğlubiyyətsiz keçib

“Qarabağ” komandası avqustun 31-də UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

“Köhlən atlar” pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.

Səfərdəki ilk matçda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan təmsilçisi cavab oyununda 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button