Rusiyalı kinotənqidçinin cəsədi dəmiryolu relslərinin yaxınlığından tapılıb

Yayımlandı: 19 Avqust 2023 15:16

Onun ölüm səbəbi barədə məlumat verilmir

Bu ilin iyulunda yoxa çıxan rusiyalı kinotənqidçi, Rusiyanın böyük kinofestivallarının kuratoru Aleksey Medvedevin ölü tapıldığı bildirilir.

Bu barədə “Lisa Alert” axtarış-xilasetmə qrupunun saytında məlumat verilib .

Medvedevin cəsədini dəmiryol relsləri yaxınlığında tapıldığı qeyd edilir.

Ölüm səbəbi barədə məlumat verilməyib.

Aleksey Medvedev “İşıq yolu” Saxalin Film Festivalının təşkilatçısı, “İnsana mesaj”, “2morrow”, “Güzgü”, “İkisi birində” film festivallarının proqram direktoru olub.

Kann Film Festivalının “Les cinema du Monde” bölməsində rus kinosu proqramının kuratoru kimi çıxış edib.

Dohada keçirilən beynəlxalq “Ajyal” kinofestivalında qısametrajlı rus filmləri proqramının kuratoru, Çexiya, Rumıniya, Polşa və Varşavada keçirilən beynəlxalq kinofestivallarının münsiflər heyətinin üzvü olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button