Rusiya Xersonda kilsəni vurub: yaralıların olduğu deyilir

Yayımlandı: 3 Avqust 2023 15:54

Yaralananlar içində Ukraynanın Fövqəladə Hallar Xidmətinin əməkdaşları da var

Rusiyanın Ukraynanın cənubundakı Xerson şəhərini atəşə tutduğu bildirilir.

Atəş nəticəsində şəhərdəki kilsə zərər görüb və bir neçə nəfər yaralanıb.

Müqəddəs Katerina Kilsəsinə ciddi ziyan dəydiyi söylənir.

Yaralananlar içində Ukraynanın Fövqəladə Hallar Xidmətinin əməkdaşları da var.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, əməkdaşları ilə yanaşı, kilsənin dörd işçisi də yaralanıb.

Növbəti zərbə isə hərəkətdə olan trolleybusa dəyib.

Sərnişinlərdən dörd nəfərin yaralandığı deyilir.

Bu, Xersona atılan ilk mərmi deyil.

Xerson Ukrayna qüvvələri tərəfindən noyabrda geri götürülüb.

Bura Dnepr çayının sol sahilində yerləşən Rusiya qüvvələri tərəfindən mütəmadi atəşə məruz qalır.

Bundan bir neçə gün öncə, avqustun 1-də Xersonda xəstəxana vurulmuşdu.

Nəticədə bir nəfər həkim həlak olub, bir neçə tibb işçisi yaralanmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button