
Azərbaycanda Eurovision müsabiqəsi yaxınlaşdıqca mətbuatın əzilməsi davam edir
Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsi aprelin 2-də Azərbaycan prezidentinə müraciət etdi
Azərbaycan prezidenti
Əlahəzrət İlham Əliyevə
Prezident Administrasiyası
Bakı, İstiqlaliyyət küçəsi, 19
Azərbaycan Respublikası
Faks : + 99 412 492 35 43, 492 06 25
Elektron ünvan: office@pa.gov.az
Hörmətli prezident Əliyev!
Jurnalistlərin Hüquqlarının müdafiə Komitəsi Azərbaycanda jurnalist həbslərinin son dalğasından narahatlığını bildirir. Hər bir halda hazırda 6 jurnalist həbsdədir, Azərbaycan mətbuat həbsləri JMK-nin (CPJ) göstəricisinə görə 10 oxşar dövlətdən Özbəkistandan sonra, yalnız Efiopiyadan əvvəldə durur. Bu təqiblər bu ilin mayında Bakıda keçiriləcək Eurovision beynəlxalq mahnı yarışması öncəsi bura toplanacaq 40-dan çox iştirakçı dövlətin jurnalistlərinin gözlərinin Azərbaycana yönəldiyi zamanda baş verir.
Sizin hökumətiniz Eurovizion müsabiqəsindən əvvəl ölkənin nüfuzunu yaxşılaşdırmaq və onu beynəlxalq qonaqlar üçün daha cazıbədar etmək məqsədilə kifayət qədər ciddi vəsait xərcləyib. Ancaq biz hesab edirik ki, sizin bu cəhdləriniz yalnız o vaxt mənalı olar ki, hakimiyyət ölkədəki müstəqil səslərlə mübarizəni dayandıracaq. Sistemli islahatların həyaa keçirilməsi zamanı müvafiq orqanların hakimiyyətdən sui-istifadə etməməyə çağırmaqla biz hesab edirik ki, siz Azərbaycanda azad mətbuatın durumunun pisləşməsinin qarşısını ala bilərsiniz.
JMK-nin (CPJ) məlumatlarına əsasən, sizin hakimiyyət gündəlik nəşr olunan “Xural” müstəqil qəzetinin baş redaktoru Əvəz Zeynallını və qəzetin jurnalisti Aydın Canıyevi, reportyor Anar Bayramlı və onun sürücüsü Ramil Dadaşovu, İranın “Səhər” teleşirkətinin və İslamazeri.az saytının redaktoru Ramin Bayramov və “Xəyal” regional telekanalın direktorları Zaur Quliyev və Vüqar Qonağovu həbsdə saxlayır. Biz həbsdə olan jurnalistlərin daha geniş siyahısını bu məktubda veririk.
JMK-nin (CPJ) mənbələrinə istinadən apardığı araşdırmalardan məlum olub ki, jurnalistlər saxta və düzəldilmə ittihamlarla – xuliqanlıq, narkotik maddə saxlama, kütləvi qarışıqlıq yaratma ittihamları ilə həbs olunublar. Onlardan ikisi artıq mühakimə olunub və həbsxanada cəza müddətlərini çəkirlər, qalanları isə həbsdə istintaq araşdırmasının nəticələrini gözləyirlər.
Prezident İlham Əliyev, biz sizi öz yüksək nüfuzunuzdan istifadə edərək, yalnız tənqidi yazılarına görə türmədə cəza çəkməyə məhkum olunmuş bu jurnalistlərin işi ilə bağlı ədalətli istintaq aparılması üçün müvafiq orqanlara tapşırıq verməyə çağırırıq. Biz sizi mətbuat azadlığı ilə bağlı sizin beynəlxalq standartlar haqqındakı hesabatlarınızı dəstəkləməyə və qeyd-şərtsiz bu jurnalistləri azad etməyə çağırırıq.
Bu cür əhəmiyyətli işə diqqət edəcəyiniz üçün sağ olun. Biz sizin cavabınızı gözləyirik.
Hörmətlə,
Joel Simon
İcraçı direktor
Azərbaycanda həbsdə olan jurnalistlər:
• Aydın Canıyev, “Xural” qəzetinin müxbiri, ötən ilin sentabr ayında həbs olunub və üç il azadlıqdan məhrum edilib. O Azərbaycanın cənubunda yerləşən Lənkəran şəhərində xuliqanlıq törətməkdə – məscidlərdən birinin şüşəsini sındırmaqda və bir qadını təhqir etməkdə ittiham olunur. Jurnalist bu ittihamları qəbul etmir. Azərbaycanın yerli müstəqil “Turan” informasiya agentliyinin jurnalistlərinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, jurnalistin həbsi hər şeydən əvvəl onun Lənkəranın hakim orqanlarının qanunsuz narkotika tranzitində iştirakı ilə bağlı hazırladığı yazılardan sonra baş verib. Onun apellyasiya şikayəti təxirə salınıb, canıyev Ali Məhkəmədən onun işinə baxılması üçün müraciət edib, hazırda iş məhkəmə baxışındadır. Bu haqda məlumatı JMK-nə (CPJ) Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov verib.
• Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru, ötən ilin oktyabr ayında rüşvətxorluq ittihamı ilə üç ay müddətinə azadlıqdan məhrum edilib, bu ilin yanvar ayında isə həmin müddət daha üç ay uzadılıb. Bu haqda KİV məlumat yayıb. Ona qarşı ittiham parlamentin deputatının jurnalistin ondan rüşvət tələb etməsi ilə bağlı müraciətindən sonra irəli sürülüb. Zeynallı bu ittihamları rədd edib və bildirib ki, deputat onu loyal yazılarının müqabilində pulla almağa çalışıb. Qadın deputat bu ittihamlardan dərhal sonra ölkəni tərk edib və yerli jurnalistlərə şərh verməkdən qaçıb. Onun heç bir əsasa söykənməyən sözləri jurnalistə qarşı yeganə dəlildir və redaktor ittiham olunduğu təqdirdə onu 12 il həbs cəzası gözləyir.
• Ramin Bayramov, İslamazeri.az saytının redaktorudur və ötən ilin avqust ayında həbs olunub və bu ilin martında müxtəlif maddələrlə – qanunsuz olaraq narkotika və silah saxlama maddələrilə azadlıqdan məhrum olunub. Müstəqil mətbu orqan olan “Qafqaz düyünü” xəbər verir ki, Bayramov məhkəmədə ittihamları rədd edib və bildirib ki, onu Azərbaycanda din azadlığının təzyiqlərə məruz qalması ilə bağlı hakimiyyətə ünvanlanmış tənqidi yazılarından sonra həbs ediblər. Əvvəlcə Bayramov ölkədə düşmənçilik fəaliyyəti və kütləvi igtişaşlara sövqetmə” maddələrilə ittiham olunsa da, sonradan bu ittihamlar təsdiq olunmayıb və jurnalisti həbsdə saxlamaq üçün onun haqqında yeni maddələr açılıb. Jurnalistin dəfələrlə məhkəməyə silah və narkotik maddənin ondan xəbərsiz onun qarajında basdırıldığını desə də, onu dinləyən olmayıb və 18 ay azadlıqdan məhrum edilib.
• Anar Bayramlı İranın “Səhər” telekanalının əməkdaşını Bakıda polislər saxlayıblar.
Reuters məlumat verir ki, fevralın 22-də sorğu-suala tutulduqdan sonra polislər iddia ediblər ki, jurnalistin stansiyada qalan pencəyinin cibində heroin tapıblar. RATİ-nin rəhbəri Hüseynov JMK-nə (CPJ) bildirib ki, polis dəfələrlə jurnalistləri qorxutmağa cəhd göstərib, mütəmadi olaraq onu sorğu-suala tutaraq Azərbaycanda insan haqlarının pozulması ilə balı yazdığı yazıları dayandırmağa və İran televiziyasından çıxmağa məcbur edilib.
Bayramlının sürücüsü Ramil Dadaşov da eyni ittihamlarla həbs olunub. Mühakimə olunduğu təqdirdə onu da 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Zaur Quliyevi və Vüqar Qonağovu, regional “Xəyal” televiziyasının rəhbərləri hakimiyyət tərəfindən həbs olunub və martın 22-də onlar haqqında həbsöncəsi 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hər iki jurnalist kütləvi iğtişaş yaratmaqda və vəzifəsindən sui istifadə etməkdə ittiham olunub. Onlar YouTube-yə yerli icra hakiminin yerli sakinlərlə bağlı təhqiredici ifadələri səsləndirilən videoçarxı yerləşdirməkdə ittiham olunurlar. Bu görüntülərdən sonra şəhərdə etiraz aksiyaları başlayıb. İcra hakiminin təhqirləri araşdırılmaq əvəzinə jurnalistlər video yükləməkdə ittiham olunaraq həbsə atdırılıblar.Jurnalistlər istintaq təcridxanasında saxlanılıb və onlara vəkilləri ilə görüşmək üçün cəmi bir dəfə icazə verilib. Mühakimə olunduqları təqdirdə Qonağovu 3 il, Quliyevi isə 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
ORİGİNAL
http://www.cpj.org/2012/04/in-azerbaijan-crackdown-on-press-as-eurovision-nea.php
XuralTAC




