Sərhəd Qoşunlarının hərbi qulluqçusu vəfat edib

Yayımlandı: 30 İyul 2023 22:00

Məlumatda deyilir ki, əsgərin səhhəti qəflətən pisləşib

İyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib. Xidmətin məlumatında bildirilir ki, Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səid Ömər oğlu  Qurbanov  xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib. 

Dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda deyilir.

Bildirilir ki, faktla bağlı Hərbi Prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır. 

Səid Qurbanovun ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button