
“Vicdan məhbuslarına azadlıq!”
02.04.2012
Bir qrup gənc bu gün şəhərin mərkəzində aksiya keçirib. Bu barədə gunxeber.com-a aksiya keçirən gənclər özləri məlumat veriblər.
Onlar ötən il aprelin 2-də həbs olunan məhbuslara azadlıq tələb ediblər. Gənclər üzərində “Vicdan məhbuslarına azadlıq” şüarı yayılmış markalı köynəklər geyinərək şəhərin mərkəzi küçələrində gəzişiblər.
Aksiya keçirən gənclər arasında İctimai Palatanın üzvləri də olub. Qeyd edək ki, ötən il aprelin 2-də İctimai Palata şəhərin mərkəzində aksiya keçirmişdi. Həmin aksiyadan bir il ötür. Lakin aksiyada iştirak edənlər hələ də həbsdə yatır.




