Britaniyanın Baş naziri aşağı keyfiyyətli universitetləri ittiham edib

Yayımlandı: 18 İyul 2023 17:11

Gələcəkdə pul qazanmaq potensialı olmayan fakültələrə məhdudiyyət qoyulacağı bildirilir

Britaniyanın Baş naziri Rişi Sunak aşağı keyfiyyətli universitetləri soyğunçuluqda ittiham edib.
Baş nazir deyib ki, bilik səviyyəsi aşağı olanlar universitetə daxil olmaq məqsədilə məhz bu universitetlərin yararsız olan fakültələrinə üz tuturlar.

Sunakın fikrincə, həmin universitetlərdə mövcud olan bəzi fakültələr yararsızdır. Bu fakültələri bitirən tələbələr də gələcəkdə işlə təmin oluna bilmirlər.

Plana görə, gələcəkdə pul qazanmaq potensialı olmayan fakültələrə məhdudiyyət qoyulacaq.
Eyni zamanda həmin fakültələrdəki yaxşı təhsil nəticəsi göstərməyən tələbələrə də məhdudiyyətlər tətbiq ediləcək.

“Aşağı keyfiyyətli təhsil verən qurumlar, bilik göstəriciləri aşağı olan tələbələrdən sui-istifadə edirlər. Bununla da onlara gələcəkdə iş tapmağa imkan vermir, pis vəziyyətdə qoyurlar. Uğurlu olmaq üçün universitetə girmək məcburiyyətində deyilsiniz”, – Sunak deyib.

Təhsil naziri Robert Halfon bu təcrübənin incəsənət və humanitar elmlər fakültələrinə şamil edilməyəcəyini söyləyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button