
Vilayət Eyvazovdan yeni təyinat
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Dövlət Yol Polisinə (DYP) yeni rəis təyin olunub.
Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu gətirilib. O bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi polis mayoru Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.



