Bakıda Söyüdlüyə həmrəylik aksiyası keçirilib

İyulun 2-si Bakıda Gədəbəyin Söyüdlü kəndində polisin sakinlərə etdiyi zorakılıq və həbslərə etiraz olaraq bir qrup adam aksiya keçirib. Paytaxın Fəvvarələr meydaanında keçirilən bu aksiyaya polis müdaxiləsi olmayıb.

Etirazı xaricdə yaşayan azərbaycanlı fəalların təşkil etdiyi iddia olunur.

Xatırlatma

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib.

Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub.

Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button